Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Qazax rayon sakinləri Orxan Nəbiyev, Elsevər Əfəndiyev və Nicat Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, oğurluq hadisələri bu il mart ayında Xəzər rayon ərazisində baş verib. 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Alim Hətəmova və Ələmşah Rzayevə məxsus mağazalardan, habelə Pərviz Həbibova məxsus həyətyanı sahədən pul, ərzaq məhsulları, danışıq kartları, tütün məmulatı və 6 ədəd plastik pəncərə oğurlayan Qazax rayon sakinləri Orxan Nəbiyev, Elsevər Əfəndiyev və Nicat Səfərov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onun fevralın 6-da Ziya Şahmarova, 22-də isə Əflatun Əsgərova məxsus “VAZ-2107” markalı avtomobilləri qaçırmaları da müəyyən edilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Orxan Nəbiyev 8 il, Nicat Səfərov və Elsevər Əfəndiyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov