3 İyul 2015 13:39
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma və xuliqanlıq cinayətlərində ittiham olunan 1994-cü il təvəllüdlü Röyal Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Röyal Fətəliyev 2013-ü il dekabrın 4-də Əli Musayev ilə mübahisə edib. O, daha sonra Əlini döyərək evə aparıb. Orada Əlini zorla soyunduraraq bıçaqla üzünə və sinəsinə xəsarət yetirib. Röyal Fətələliyev Əli Musayevi soyundurduqdan sonra çılpaq vəziyyətdə küçəyə çıxarıb və xalasıgilə kimi aparıb.

Bundan başqa, Röyal Fətəliye atasının dostu Asif Əsgərovu döyüb. Asif Əsgərov Röyalın atasının ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbləşən Röyal Asifi “Binə” bazarının yanında yerləşən “Dərya” kafesinin arxasına çağırıb və orada onu döyərək zibil qutusuna atıb.


Daha sonra Röyal sevdiyi Vüsalə Məmmədovanın ailəsi ilə birgə yaşadığı evini yandırıb.

Məhkəmənin hökmü ilə Röyal 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər