8 İyul 2015 14:55
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər qəsəbə sakini Çingiz Abdullayev həbs edilib.

Çingiz Abdullayevdən 69,191 qram marixuana, evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram 828 qram marixuana aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: