Lerik rayonunda vətəndaşa məxsus ev yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lerik rayonu, Murya kəndində vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 180 kv.m, 1-ci mərtəbəsi daş, 2-ci mərtəbəsi taxta konstruksiyalardan ibarət) 6 otaqlı evin 2-ci mərtəbəsi və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.