9 İyul 2015 22:00
1 232

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin saytının verdiyi məlumata görə, Abşeron rayonunda “Mercedes” və “Nissan” markalı 2 minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1969-cu il təvəllüdlü Nuriyev Bəhruz Atabala oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər B.Nuriyevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: