10 İyul 2015 18:05
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haramı düzündə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Beyləqan rayonunda rayon mərkəzindən 23 km aralıda, Haramı düzü ərazisində 20 hektar biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağcabədi rayonunda da rayon mərkəzindən 55 km aralıda 150 hektar biçilmiş taxıl sahəsi və quru ot yanıb. Yaxınlıqdakı otlaq sahələri və fermalar yanğından mühafizə olunub. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: