13 İyul 2015 16:11
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Daha sonra çıxış etmək üçün prokurora söz verilsə də, o, çıxışa hazır olmadığını, çıxışa hazırlaşmaq üçün vaxt istədiyini deyib.

Məhkəmə iclası iyulun 23-dək təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər