14 İyul 2015 12:39
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Quba Rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Amsar kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Mehdi Əsgərov bıçaqlanıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırmalar zamanı müəyyən edilib ki, Mehdi Əsgərov yaxın qohumu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər