16 İyul 2015 10:42
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailəsində baş verən faciəli qəzanın törədilməsində təqsirli bilinən Xalid Mədətovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Vüqar Ağasəlim oğlu Abdullayevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə Xalid Mübariz oğlu Mədətovun sürdüyü markalı avtomobil toqquşub.


Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib. O, Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Xalid Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra o, ölkə prezidentinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xalid Mədətovun vəkilləri apelyasiya şikayəti verib. Onlar müdafiə etdikləri şəxsin barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyiblər.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər