17 İyul 2015 18:12
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayon sakinini qətlə yetirən 3 nəfər tutulub.

Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyulun 15-də Bakının Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və iyulun 16-da orada ölmüş şəxsin Şabran rayon sakini Rövşən Əyyubov olması müəyyən edilib.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Elgiz Cəfərli və Elfan Əliyev, Tərtət rayon sakini İsmayıl İmanverdiyev tutulublar.


Müəllif: