Bu ilin 6 ayı ərzində 53 dövlət məmuru intizama cəlb edilib. Teleqraf.com xəbər verir ki, bu barədə 2015-ci ilinyarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, “Qaynar xətt” xidmətinə 95 cinayət xarakterli məlumat daxil olub,onların 65-nə cinayət işi açılıb.
K.Əliyev bildirib ki, cinayət xarakterli müraciətlərə baxdıqda onların mahiyyət etibarilə ötən ildən fərqlənmədiyini müşahidə edirik.
“Ötən il baş verən cinayət işlərinin 23%-i vəzifə saxtakarlığı, 22%-i qulluq vəzifələrindən istifadə olub. Bu il isə məhkəmələrə göndərilən cinayət işlərindən 34 % qulluq mövqeindən sui istifadə etməklə törədilən cinayət olub. Bundan əlavə, cinayətlərdən dələduzluq 30%, saxta sənəddən istifadə etmək 8%, rüşvət alma isə 8% olub”, deyə Kamran Əliyev deyib.
Hacı Zeynalov