Fövqəladə Hallar Nazirliyi bir nəfərin axtarışına başlayıb.
Teleqraf.com Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan bir nəfərin axtarışlarına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb.