7 Avqust 2015 12:03
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəlindən bu günə kimi Bakı şəhərində 466 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bunu Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, nəticədə 133 nəfər həlak olub, 538 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Otən illə müqayisədə qəzaların sayında azalmaların olduğunu deyən bölmə rəisi statistik rəqəmləri də açıqlayıb: “2014-cü illə müqayisədə 61 hadisə azalıb, 31 ölüm faktı aşağı düşüb və 12 xəsarət dərəcəsi yüngül olub. Və qeyd edim ki, qəzaların 51 faizi piyadaların iştirakı ilə baş verib. 47 faiz isə sürət həddinin aşılmasından yaranan qəzalardır”.

V.Əsədov qəzaların və ölümlərin baş verməməsi üçün sürücüləri daha diqqətli olmağa çağırıb. Polis əməkdaşlarının yollarda təhlükəsizliyin təminatı üçün əllərindən gələni etdiyini və bundan sonra da edəcəyini deyən polkovnik qeyd edib ki, insanlar da qaydaları pozmaqdan çəkinməlidirlər.


Müəllif:

Oxşar xəbərlər