Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Xədicə İsmayılın vəkilləri Fəxrəddin Mehdiyev, Fariz Namazlı və Cavad Cavadlı iştirak etməyib.
Hakim bildirib ki, vəkillər üzrlü səbəb olmadan məhkəmə prosesində iştirak etməyib və buna görə də vəkillərin barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına məktub göndəriləcək.
Prosesdə fasilə elan olunub.
Hacı Zeynalov