Bakının Sabunçu rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlqar İbrahimov dələduzluqla üzləşib.
O, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, bu ilin mayında Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Fərid Həziyev onun etibarından sui-istifadə edərək 1000 manatını alıb.
İlqar İbrahimov dəfələrlə pulunu geri istəsə də, Fərid Həziyev pulu qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov