14 Avqust 2015 01:14
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq hadisəsi törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Aynurə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Aynurə Əliyeva Keşlə qəsəbəsində yerləşən gözəllik salonunda işləyən İradə İsmayılovaya məxsus çantadan qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Aynura Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər