14 Avqust 2015 11:48
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən və apelyasiya instansiyasında bəraət alan Sahib Ağayevin işi üzrə yenidən məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub. Prosesdə zərərçəkmişlər iştirak etməyib. Bildirilib ki, zərərçəkmişlərin prosesin keçirilməsi barədə xəbəri olmayıb və bu səbəbdən məhkəmə iclası davam etdirilməsi baş tutmayıb.

Məhkəmə avqustun 26-da davam etdiriləcək.

Qeyd edək ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Sahib Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Sahib Ağayevin barəsində təyin edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Məhkəmə Sahib Ağayevə bəraət verib. Həbsdə olan Sahib Ağayev məhkəmə zalından azadlığa buraxılıb.

Həmin qərardan narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək bəraət hökmünün ləğv edilməsini istəyib. Ali Məhkəmə baxışı zamanı hakim Fərhad Kərimov dövlət ittihamçısının şikayətini təmin edib və apelyasiya instansiyasının qərarını ləğv edib. İş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər