Bakının Binəqədi rayonunda 17 yaşlı qız itkin düşüb.
Teleqraf.com xəbər verir ki, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Aytən Ceyhun qızı Abdullayeva naməlum səbəbdən yoxa çıxıb.
Aytən Abdullayeva avqustun 15-də, saat 22.00-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 17 yaşlı qızın itkin düşməsi ilə bağlı valideynləri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət ediblər.
Hazırda 17 yaşlı qızın tapılaraq evinə qaytarılması üçün tədbirlər görülür.
Hacı Zeynalov