29 May 2014 17:54
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Rafiq Əşrəfov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı cinayəti Qobustan qəsəbəsi sakini Sahib Surxayevin törətməsi məlum olub. O, həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: