Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Yelmar Surxayzadə və Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Xəyal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 10-da saat 07:15 radələrində, M.Davudoğlu küçəsində “VAZ-2108” markalı avtomobillə Bakı şəhər sakini Hüsniyyə Seyidəliyevanın içərisində 5 manat və şəxsi əşyaları olan əl çantasını soyğunçuluq yolu ilə talanıb.
Polis əməkdaşlarının apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Yelmar Surxayzadə və Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Xəyal İsmayılov tutulublar.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Yelmar Surxayzadə 4 il, Xəyal İsmayılov 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov