26 Avqust 2015 17:35
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Muğla əyalətində xanımının onu tərk etməsinə dözə bilməyən ər intihar edib.

Teleqraf.com xəbər verir ki, 40 yaşlı TIR sürücüsü Həsən Günər silahla başına atəş açaraq intihar edib.

Hadisə yerli vaxtla gecə 03.30-da baş verib. Həyat yoldaşı F.N. 5 yaşlı oğlunu götürərək evdən gedib. Həsən xanımına telefonla zəng edərək evə qayıtmasını istəyib. O, F.N-ə evə qayıtmağa razı olmasa, intihar edəcəyini deyib. Bir neçə dəqiqə danışdıqdan sonra telefonda atəş səsi gəlib. Həyat yoldaşı qonşularından evlərinə gedib yoxlamasını istəyib.

Həsən Günər qapını açmadığı üçün kömək çağırıblar. Evə daxil olan polis və təcili tibbi yardım xidmətinin əməkdaşları Həsəni başından vurulmuş halda tapıblar. Həkimlər Günərin öldüyünü bildiriblər.

Hadisə yerində araşdırmadan sonra cəsəd Yatağan Dövlət Xəstəxanasına aparılıb.

Polis Günərin intiharı ilə bağlı istintaqın davam etdiyini bildirib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər