27 Avqust 2015 19:46
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun R.İsmayılov küçəsində qeydə alınıb.

Həmin ünvanda 1972-ci il təvəllüdlü Seymur Musa oğlu Zülfüqarov naməlum şəxslər tərəfindən döyülüb. Vəhşicəsinə döyülən Seymur Zülfüqarov 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər