Bakıda soyğunçuluq hadisəsi törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri həbs edilib.
Teleqraf.com xəbər verir ki, Bakı dəmir yolu sərnişin vağzalında 3 nəfər naməlum şəxs Saatlı rayon sakini Faiq Həsənova zor tətbiq edib mobil telefonunu və fotoaparatını alıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Şamil Salahov, Masallı rayon sakini Hikmət Əkbərov və Füzuli rayon sakini Fərid Paşayev tutulublar.
Hacı Zeynalov