Salyanda çayda batan 7 yaşlı uşağın cəsədi tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirlyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan rayonu, Şorsulu kəndində çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olmuşdur.
Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.