3 Sentyabr 2015 15:53
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirlinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimovun anket məlumatları dəqiqlədşirilib. Daha sonra onun vəkili Ağaveyis Şahverdi cinayət işinin materialları ilə tanış olmaq üçün hazırlıq iclasının təxirə salınmasını istəyib.

Buna görə də məhkəmənin davamı sentyabrın 10-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər