Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Elxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 18 iyul 2014-cü ildə Bakının Nardaran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Elxan Cəfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qəsəbənin digər sakini, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib. Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsi 14-cü bölməsinin əməkdaşları tərəfindən tutulub.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elxan Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov