Bakıda evini təmir etdirmək istəyən şəxslər aldadılıb. Ustalar təmir adı ilə vətəndaşlardan pul alaraq aradan çıxıblar.
Musavat.com-un əldə etdiyi məlumata görə, bir neçə usta ev yiyəsindən inşaat materiallarının və əmək haqqını öncədən alıb yoxa çıxıblar.
Aldadılan şəxslər hüquq-mühafizə orqanlarına müraciət edilər.
Bakı sakini Məmmədağa Hacıyev Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, bu ilin iyun ayında Mingəçevir sakini Əziz Qurbanov ondan evini təmir etmək adı ilə 5 min manat alıb. Bir neçə ay keçməsinə baxmayaq evi təmir olunmayıb. Usta isə pulu qaytarmır.
Oxşar hadisə Bakı sakini Əzizə Əkbərovanın da başına gəlib. Usta Tərlan Mirzəyev ondan evini təmir etmək üçün 10700 manat alıb. Ə.Əkbərovanın da evi hələ təmir edilməyib.
Ustaların hər ikisi pulu aldıqdan sonra qaçıblar. Hazırda ustalar polis tərəfindən axtarılır.