Bakıda yol-nəqliyyat hadisəsi törətmiş şəxs müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Ayşən Quliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobil tərəfindən törədilməsi məlum olub.
Avtomobilin sürücüsünün isə Bakı şəhər sakini Tamilla Məlikova olması və qəzanın onun tərəfindən törədilməsi müəyyən edilib.
Hacı Zeynalov