9 Sentyabr 2015 17:24
3 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan Həbsxanasında ömürlük məhkum dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Əlaqif Abbasov Qobustan həbsxanasında ölüb.

Məlumata görə, Əlaqif Abbasovun sentyabrın 7-də, axşam saat 20.00-da həbsxanada ürəyi dayanıb. Onun meyiti ailəsinə verilib. Əlaqif Abbasov dünən yaşadığı Hökməli qəsəbəsində olan qəbrostanlıqda dəfn edilib.

Qeyd edək ki, Əlaqif Abbasov 2013-cü ilin avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq öldürülüb.

Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 11-də İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını oğurlaması, avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsi, habelə cari ilin aprel-iyun ayları ərzində Çiçək qəsəbə sakini Elşən Cəlilovun, Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlaması da müəyyən edilib.

Bundan əlavə onun “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması da müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlaqif Abbasov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlaqif Abbasov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının ləğv edilməsini və həmin cəzanın müddətli cəza ilə əvəz edilməsini istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsində, hakim Rasim İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Əlaqif Abbasovun şikayəti təmin edilməyib. Ali Məhkəmədə hökmü qüvvədə saxlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər