10 Sentyabr 2015 12:25
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yol nəqliyyat hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 9-da saat 01 radələrində Gəncə şəhərində müəyyən edilməmiş avtomobillə şəhər sakini Vüqar Əkbərovun idarə etdiyi “VAZ-21063” markalı avtomobil toqquşub.

V.Əkbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin “VAZ-21011” markalı avtomobilin sürücüsü Ruslan İsmayılov tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər