Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Səxavət Eynullayev yaşadığı evdə yıxılıb.
Səxavət Eynullayev ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Səxavət Eynullayev xəstəxanada ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov