Gəncə narkotik alverində şübhəli bilinən şəxs tutulub.
Teleqraf.com xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşları keçirib.
Əməliyyat tədbirləri ilə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Sultanov 7 kiloqram 300 qram marixuananı satarkən tutulub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov