15 Sentyabr 2015 22:32
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, şəhər sakini Hüseyn Nəzərli naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün Hüseyn Nəzərlinin həyatını xilas etmək mümkün olub.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Vəliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: