16 Sentyabr 2015 11:20
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda yeniyetmələrə qarşı cinayət törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, avqust ayında Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Toğrul Hüseynovun, sentyabrın 13-də Ü.Hacıbəyov küçəsində 2003-cü il təvəllüdlü Səbuhi Həsənovun və Masallı rayon sakini 2000-ci il təvəllüdlü İmaməddin İsmayılovun etibarlarından sui-istifadə edən şəxs onların mobil telefonlarını danışmaq adı ilə alıb qaytarmayıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Tural Abbasov tutulub.

Hacı Zeynalov


Müəllif: