Bakının Xəzər rayonunda 8 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə sentyabrın 8-də saat 17:30 radələrində Mərdəkan - Bakı yolunda qeydə alınıb.
Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Zahid Məmmədov idarə etdiyi, banka məxsus “Toyota Camry” markalı avtomobillə 1972-ci il təvəllüdlü Ədalət Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən Ədalət Hüseynov sentyabrın 15-də orada ölüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
Hacı Zeynalov