20 Sentyabr 2015 09:45
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində hər mərtəbəsi 600 kv.m olan yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunub. Yanğın saat 06:45-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: