21 Sentyabr 2015 13:59
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda mağazadan oğurluq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Bədirxan Xasanov saxlanılıb.

O, Bakı şəhər sakini German Babayevə məxsus mağazadan jalüzü sındırmaq yolu ilə spirtli içkilər, tütün məmulatları, danışıq kartları və mobil telefon oğurlamaqda şübhəli bilinir.

Hacı Zeynalov


Müəllif: