Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 18 yaşlı Sabir Əsgərov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda Sabir Əsgərov müalicə olunur.
Polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov