23 Sentyabr 2015 14:21
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Atyalı qəsəbəsində qeydə alınıb.

Cəlilabad rayon sakini Çingiz Quliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəxtiyar Mustafayevi vurub. B.Mustafayev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: