23 Sentyabr 2015 14:55
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində dələduzluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Əsgərov saxlanılıb.

O, sentyabrın 15-də Eyyub Əsgərovun mobil telefonunu danışmaq adı ilə aldadaraq qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: