Bakıda torpaq satmaq adı ilə dələduzluq faktı baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi qəsəbəsində yaşayan Akif Ələmşahov dələduzluqla üzləşib.
O, Mirbəşir adlı şəxsə Ağcabədi rayonunda 150 hektar torpaq almaq üçün Nəsimi rayonu ərazisində 9500 ABŞ dolları verib. Bundan başqa, Akif Ələmşahov həmin şəxsə Binəqədi rayonunun ərazisində həmin torpağın alınması üçün təkrar 4750 manat verib. Mirbəşir adlı şəxs pulu Akif Ələmşahovdan alsa da, torpağı satmaq barədə vədinə əməl etməyib.
Buna görə də Akif Ələmşahov Sabunçu Rayon Polis İdarəsinə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov