Bu gün Bakı Ağır Cinayətləri Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən 1995-ci il təvəllüdlü Samir İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə bu il fevral ayının 23-də Şamaxının Şəhriyar qəsəbəsində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Samir İbrahimov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1994-cü il təvəllüdlü İsmayıl Manafovu və onun qardaşı, 1996-cı il təvəllüdlü Ramil Manafovu bıçaqlayıb. Hadisəni törədən Samir İbrahimov hadisə yerindən qaçıb.
Xəsarət alan qardaşlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunublar. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində Samir İbrahimov saxlanılıb.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Samir İbrahimov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov