29 Sentyabr 2015 22:37
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda yaşlı kişi dələduzluqla üzləşib. Teleqraf.com xəbər verir ki, Rusiya vətəndaşı, 1943-cü il təvəllüdlü Firudin Hüseynova qarşı xidmətçi dələduzluq edib.

Firudin Hüseynov səhhətində problemlər yaranıb və buna görə də o, özünü idarə edə bilməyib. Bu səbəbdən yaşlı kişinin övladları atalarına qulluq göstərməsi üçün Kürdəmir rayon sakini, 1964-cü il təvəllüdlü Zərifə Quluzadəni xidmətçi kimi evə gətiriblər.

Zərifə Quluzadə evdə olduğu müddətdə Firudin Hüseynovun etibarından sui-istifadə edərək onun pensiya kartından 4 min manat çıxarıb.

Firudin Hüseynovun oğlu Andrey Hüseynov atasının dələduzluqla üzləşməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər