Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilən Yaşar Əbdülrəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Yaşar Əbdülrəhimov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sumqayıt şəhərində Yaşar Əbrülrəhimov sosial şəbəkədə tanış olduğu Samirə (ad şərtidir) adlı qadını çılpaq şəkillərini yayacağı ilə şantaj edib. O, Samirədən 200 manat, brilliant üzük və s. götürüb.
Ümumilikdə o, qadına 12350 manat ziyan vurub. Yaşar Əbrülrəhimov qızıl ziniyət əşyalarını lombarda qoyub. O, Samirəyə pulu qaytaracağını bildirsə də, qaytarmayıb. Qadın bununla bağlı polisə müraciət edib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşar Əbdülrəhimov saxlanılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər də dələduzluq əməlinə görə məhkumluq yaşayıb.
Hacı Zeynalov