1 Oktyabr 2015 14:41
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayon sakininin külli məbləğdə pulunu oğurlamış şəxsin digər cinayət əməli də üzə çıxıb.

Daxili İşlər Nazirliyindən (DİN) Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci PB-yə müraciət edərək sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlandığını bildirib.

PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanılıb və o, oğurluq etdiyini etiraf edib.

Bundan başqa, M.Zərbəliyev sentyabr 29-da quldurluq etdiyinə görə, tutulmuş Fikrət İsgəndərovu bıçaqla hədələyərək ondan 7500 manat aldığını da bildirib.

Hacı Zeynalov


Müəllif: