2 Oktyabr 2015 18:01
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Xəqani küçəsi 5 ünvanında yerləşən bağda baş verib.

Biləsuvar rayon sakini, 1997-ci il təvəllüdlü Toğrul Xosiyev döş qəfəsindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerlıəşdirilib. Vəziyyətinin ağır olduğu üçün 18 yaşlı oğlanı dindirmək mümkün olmayıb. Bu səbəbdən onun kimin və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Hazırda Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən 18 yaşlı oğlanı bıçaqlayan şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər