Bakının Xəzər rayonunda İran vətəndaşı döyülüb. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Türkan qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə iki nəfər naməlum şəxs xuliqanlıq zəminində İran İslam respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Ədlsabad Fərhad İsmayıl oğlunu döyüblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov