4 Oktyabr 2015 18:58
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmkəndliləri tərəfindən döyülən Sabirabad sakini ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəngən kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Şamo Dilavər oğlu Qəhrəmanov həmkəndliləri - 1979-cu il təvəllüdlü Əmənov İlqəm Əvəz oğlu və Fərman adlı şəxs tərəfindən döyülüb.

Zərərçəkən mədə-bağırsaq qanaxması diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər