Tərtər rayonunda dəhşətli qətl hadisəsi törədən həbs edilib.
Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-də Tərtər rayonunun Cəmilli kənd sakini, 1988-ci il təvəllüdlü Qurban Nəsibovun valideynlərini qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Daxil olan məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçrilib, maddi sübutlar götürülün və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Aparılmış istintaq zamanı 2013-cü ildən Tərtər Mərkəzi Rayon Xəstəxanasında “Reaktiv paranoid psixoz” diaqnozu ilə dispanser qeydiyyatında olan və əvvəllər məhkum edilmiş Qurban Nəsibovun qeyd edilən tarixdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində atası Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı yatdıqları çarpayıda küt alətlə vuraraq öldürüb. O, tutularaq istintaqa cəlb edilib.
Qurban Nəsibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Hacı Zeynalov