7 Oktyabr 2015 15:31
3 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid qismində Avropa İqtisadiyyat Məhkəməsinin hakimi, Azərbaycanda hüquqşünas kimi xidmət göstərən Rasim Orucov ifadə verib: “Mən Araz müəllimi yaxşı tanıyıram. Dəfələrlə görüşmüşük. Bilirdim ki, Araz müəllim Azərbaycana çox tələbatlı malları gətirir, biznesmendir”.

Şahidin sözlərinə görə, onu Araz Eyvazovla iş üzrə zərərçəkmiş Eldəniz Axundov tanış edib: “Onu da bilirdim ki, Araz Eldənizdən külli miqdarda - 2 milyona yaxın pul almışdı. Pulu qaytaracağını bilirdik. Eldəniz müəllim dedi ki, get onunla görüş, pulu qaytarması üçün bir şeylər elə. Mən onunla görüşdüm. O, məni Sabunçuda evinə apardı, evinin sənədlərini, özü və yoldaşının şəxsiyyət vərəqələrini verdi. Biz o, səmimi olduğu üçün hüquqi işlər görmədik. Dedik ki, normal adamdı, pul gələn kimi qaytaracaq. Bir müddət keçəndən sonra Araz müəllimlə görüşdüm. O, Eldəniz müəllimə olan borcunu notarial qaydada mənə verdi. Mən onu hüquqi müstəvidə sənədləşdirdim. Biz birlikdə notariusa getdik. Təhvil-təslimlə bağlı müqavilə imzaladıq. Orda Arazın Eldənizdən borc aldığını və tez bir zamanda qaytaracağını bildirməsi şərti ilə bağlı müqavilə imzaladıq. Həmin idarədə onun vəzifə borcları və pulun məbləği izah olundu. Bir müddət keçəndən sonra onunla yenidən görüşdüm. Bu məbləğdə pulu nə etdiyini soruşdum, o isə mənə Eldənizdən aldığı pullarla əvvəlki borclarının faizlərini qaytardığını bildirdi. Yaxın zamanlarda vəziyyətin yaxşılaşacağını qeyd etdi. Notariusda təhvil-təslim haqqında aktı onun yadına saldım ki, bu hüquqi sənəddir. Vaxtında verilən pulu qaytarmalısan. Həmin akt 2014-cü il 6 fevralında imzalanmışdı. Orda məbləğ 1 milyon 155 min manat göstərilmişdi”.

Daha sonra bir neçə şahid ifadə verəndən sonra məhkəmə iclası oktyabrın 13-dək təxirə salınıb.

Qeyd edək ki, keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyevin, “Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər